Merkel və Makron Putinlə nədən danışıblar? - AÇIQLAMA

Fransa prezidenti Emmanuel Makronun administrasiyasından Almaniya kansleri Angela Merkelin və Emmanuel Makronun telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə nədən söhbət etdikləri xəbər verilib.

Avropalı liderlər bildiriblər ki, Moskva Donbasda dialoq üçün əlverişli şəraitin yaradılması istiqamətində vacib işlər görüb. Əgər Rusiya belə həll yolunu taparsa, Merkelin və Makronun bəyanatlarına görə, bu, Rusiyanın Avropa İttifaqı Parlament Assambleyasında saxlanmasına imkan verərdi.

«Münaqişənin dayandırılması üçün seçim etməyin məqamı çatıb - bu məsələ Avropa İttifaqı ilə Rusiyanın münasibətlərinə təsir göstərir» - deyə, Parisdə hazırlanan kommünikedə qeyd olunur.

«RFİ» qeyd edir ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiyasından sonra ilk dəfədir ki, üç siyasətçi bu ölkənin şərqində sülhə necə nail olmaq məsələsini müzakirə ediblər. Donbas münaqişəsi artıq 5 ildir ki, davam edir.

Kremlin mətbuat xidməti xəbər verib ki, Putin fransalı və almaniyalı liderlərlə söhbət zamanı Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Donbas üzrə siyasətinin uğursuzluğunu xüsusi qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Mirzə AĞ 2019-05-23 18:23:28

Bu dığanı bir kərtənkələ kimi atıblar ortalığa... Qoy, rədd olsunlar hamısı!!!

Son yazılar