Kürdəmirdə 5 yeniyetməni it dişləyib

Kürdəmir rayonunda 5 yeniyetməni it dişləyib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Sığırlı kənd sakinləri - 2003-cü il təvəllüdlü Nadir Vüqar oğlu Aslanov, 2008-ci il təvəllüdlü Osman Sarvan oğlu Şəmiyev, Muradxan kənd sakini, 2006-cı il təvəllüdlü Elçin Fətiş oğlu Hacıyev, Mürtülü kənd sakini, 2007-ci il təvəllüdlü İsmayıl Fazil oğlu Əhmədov və Böyük Kəngərli kənd sakini, 2007-ci il təvəllüdlü Xəyal İlham oğlu Allahverdiyevi it dişləyib.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar