Rusiyada ciddi hərəkətlənmə -  Hərbi doktrina dəyişir

NATO-nun genişləndirilməsi və Ukraynadakı vəziyyət Rusiyanı 2014-cü ilin sonunadək hərbi doktrinasını dəqiqləşdirməyə məcbur edir.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, Rusiya Təhlüksizlik Şurası katibinin müavini Mixail Popov bu barədə məlumat verib:

“Mən şübhə etmirəm ki, NATO-ya üzv ölkələrinin hərbi infrastrukturlarının ölkəmizin sərhədlərinə yaxınlaşması məsələsi, o cümlədən blokun genişləndirilməsi Rusiya Federasiyası üçün xarici hərbi təhlükələrdən biridir”.

Onun sözlərinə görə, ABŞ və NATO-ya üzv dövlətlərinin öz strateji hücum potensiallarını artırmaq cəhdləri getdikcə daha aydın görünməkdədir.

“Xüsusilə də ABŞ Baltikyanı ölkələrdə NATO hərbi qruplaşmalarını daha da gücləndirir”, - Popov bildirib.

Təhlükəsizlik Şurası katibinin müavinin fikrincə, “rəngli inqilablar” siyasətinin növbəti mərhələsi olan Ukraynadakı durum da təhlükə ifadə edir. Popov Ukrayna barədə danışarkən qeyd edib ki, Krıma qarşı aqresiya bundan irəli gələn bütün sonuclarla birlikdə Rusiyaya qarşı aqressiya kimi qiymətləndiriləcək.

Xatırladaq ki, Rusiyanın hazırkı hərbi doktrinası dörd il əvvəl - 2010-cu ildə qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar