Əmrə Bələzoğlu “Fənərbağça”ya qayıda bilər

 

Türkiyə milli komandasının futbolçusu Əmrə Bələzoğlu “Fənərbağça”ya keçə bilər.

ONA-nın məlumatına görə, “sarı-lacivərdlilər” sabiq yarımmüdafiəçisini geri qaytarmaq niyyətindədir.

39 yaşlı futbolçunun dörd ildir şərəfini qoruduğu “Başakşəhər”lə müqaviləsi bu yay sona çatır. Əmrə Bələzoğlunun özü də sabiq komandasına dönmək istəyindədir.

Qeyd edək ki, futbolçu 2008-12 və 2013-15-ci illərdə “Fənərbağça”nın şərəfini qoruyub. O, dörd il əvvəl müqaviləsi yenilənmədiyi üçün İstanbulun digər komandasına keçməli olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar