UEFA “Arsenal”a xəbərdarlıq etdi – “Əgər Bakıda aksiya keçirsələr…”

Dərc olunub: 23/05/2019 - 22:20

1ZZAvropa Futbol İttifaqı (UEFA) “Arsenal”a xəbərdarlıq edib ki, əgər tərəfdarları Bakıda Avropa Liqasının finalında UEFA-ya qarşı aksiya keçirsələr, London klubu mənfi reaksiya ilə qarşılaşacaq. Virtualaz.org bildirir ki, bu barədə “The Mirror” xəbər yayıb.

Nəşrin yazdığına görə, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən və UEFA əleyhinə bannerlər açacaqlarından çəkinir.

Məlum olduğu kimi, Mxitaryan Azərbaycanın verdiyi təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Xatırladaq ki, daha əvvəl, “Arsenal” ın fan-qruplarından biri Mxitaryanın təsviri ilə maskalar düzəltməyi və onları Bakıya gedəcək klubun bütün pərəstişkarlarına paylamağı təklif edib. Onlar təklif ediblər ki, Mxitaryan “ Arsenal”da 7 nömrə altında oynadığı üçün fanatlar final matçının 7-ci və 77-ci dəqiqələri arasında fleşmob keçirsinlər.










loading...


Fikrinizi bildirin