Çin ABŞ-ın təzyiqlərinə dözmək fikrində deyil - Bərabərhüquqlu danışıqlara isə hazırdır

Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları (ABŞ) ilə qeyri-bərabər hüquqlu ticarət sazişinə yol verməyəcək.

O, qeyd edib ki, Pekin «bərabərhüqunlu məsləhətləşmələr üçün açıqdır». Ancaq Vaşiqton tərəfin təzyiqlərini qəbul etməyəcək və özü üçün qeyri-məqbul sazişin bağlanmasına yol verməyəcək.

Bundan əvvəl, Çinin ABŞ-dakı səfiri Tsun Tyankay Pekinin danışıqlara hazır olduğunu təsdiqləmişdi.

Pekinlə Vaşinqton arasında «ticarət müharibəsi» Çin məhsullarına yönəlik növbəti rüsum artımı (10 faidən 25 faizə qədər) ilə əlaqədar kəskinləşib. Buna cavab olaraq, Çin də iyunun 1-dən başlayaraq Birləşmiş Ştatlardan idxal olunan məhsullar üçün idxal rüsumlarını 60 milyard dollar həmində artırdığını elan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar