Donald Tramp ABŞ-ın sabiq dövlət katibini "daş kimi küt" adlandırıb

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların keçmiş dövlət katibi Reks Tillersonu "daş kimi küt" adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edilir ki, Tramp Reks Tillersonu sabiq dövlət katibinin ABŞ prezidentinin 2017-ci ildə Rusiya prezidenti Vladimir Putinlə görüşə yaxşı hazırlaşmaması haqqında fikirlərindən sonra tənqid edib.

Buna cavab olaraq Tramp onu "küt" adlandırıb. ABŞ prezidenti qeyd edib ki, keçmiş əməkdaşının fikirləri ilə qəti razılaşmır.

"Baxın, ABŞ-da işlər necə gedir!", - deyə Tramp vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar