Rus ekspertdən S-400-lə bağlı maraqlı şərh - "Əgər Ərdoğan imtina edərsə..."

“S-400-dən imtina etmək Ərdoğan üçün imicini itirmək deməkdir”.

Bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko deyib.

“NATO ölkəsi, üstəlik döyüşkən ölkə Rusiya istehsalı S-400 alır. İkincisi də, ABŞ-ın müdafiə büdcəsi itki ilə üzləşir. Milyardlarla dollar ABŞ istehsalçılarının əlinə keçməyəcək. ABŞ ən çox S-400 məsələsindən narahat idi. Ona görə də təhdidə, şantaja və təzyiqə əl atır. Amma bacarmayacaqlar. Ərdoğan üçün S-400-dən imtina etmək, imicini itirmək anlamına gələr. Bu səbəbdən türk lider buna əsla icazə verməz”, – deyə ekspert bildirib/Axar.az.

635x100

Şərhlər

Türk 2019-05-23 23:14:20

Ərdoğan Türk oğlu Türkdür və əsil kişidir.O heç vaxt ABŞ kimi bir şeytan yuvasına və onu idarə edəbnlərə əyilib sözündən qaçmaz.Ərdoğan S-400 məsələsinin qapandığını hər zaman dilə gətirib.Yaşa Türk dünyasının əyilməz lideri və ümid yeri.

Son yazılar