Pentaqon Yaxın Şərqə 10 min hərbi qulluqçu göndərmək istəyir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti İranla münasibətlərin gərginləşiməsi fonunda Yaxın Şərqə 5-10 min hərbi qulluqçu göndərmək məsələsinə baxır.

Ağ Evdəki mənbəyə istinadla, bu barədə «Röyter» agentiyi xəbər verib. Sifariş ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığından  gəlib.  Müdafiə məqsədilə...

Yaxın şərqə 10 min nəfərə yaxın hərbi qulluqçunun göndərilməsindən gedir («Associated Press»). Eyni zamanda, bölgəyə əlavə raket əleyhinə komplekslərin («Petriot») və gəmilərin göndərilməsi planlaşdırılır.

Bundan əvvəl, Pentaqon başçısını səlahiyyətlərini icra edən Patrik Şenaxan bəyan edib ki, ABŞ İranla müharibə planlamır, amma Yaxın Şərqdə öz maraqlarını qorumaq fikrindədir.

Bu arada ABŞ lideri Donald Tramp qeyd edib ki, əgər Tehran təcavüz nümayiş etdirərsə, o zaman Vaşinqton ona «nəhəng güc»lə cavab verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar