Polşa Rusiyadan kompensasiya tələb edir - Çirkli neftə görə

Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib ki, Rusiya «Drujba» boru kəməri ilə konlisiyasız neft axıtdığına görə, vurduğu maddi ziyanı ödəməlidir. Bu barədə «RİA-Novosti» agentliyi xəbər verib.

Nazir qeyd edib ki, Rusiyanın neft göndərənləri «çox ciddi logistik və əməliyyat səhvi» buraxıblar və buna görə də Rusiya tərəfi maddi məsuliyyət daşımalıdır. O, əlavə edib ki, bu məsələdə Moskva ilə «çətin danışıqlar» Polşa tərəfini qorxutmur.

«Biz, yol verə bilmərik ki, bizim avadanlıqlar, borular - bütün sistem Rusiya neftinin keyfiyyətsizliyi səbəbilə, zərər çəksin» - deyə, Moravetski bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar