İsraildə meşə yanğınları: bir sıra qəsəbələr boşaldıldı

İsrailin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.Trend-in məlumatına görə, bunu polis bildirib. Məlumata əsasən, yanğınlar Qüds və Modiin şəhərlərində baş verib. Yanğının yayılmasına əsas səbəb cümə axşamı günündən başlayan quru və isti havadır.

Hüquq-mühafizə orqanlarının rəsmisi Miki Rozenfeld bildirib: "Polis və xilasetmə qrupları Qüds və Modiinin ərazisində yanğını söndürməyə çalışırlar. Yollar baglanıb və Modiin ətrafında qəsəbələr təxliyə olunub".

Qeyd edək ki, yerüstü vasitələrlə yanaşı, yanğınlarla xüsusi aviasiya mübarizə aparır.

Hava şəraitindən başqa, vəziyyəti Laq ba Ömər yəhudi bayramı çətinləşdirib. Bu bayram zamanı iudaizm davamçıları qədim ənənəyə sadiq qalaraq çoxsaylı tonqallar qalayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar