Fransa Türkiyədə RƏM sistemi yerləşdirməyi təklif edib - Müvəqqəti

Fransa Türkiyə ərazsində müvəqqəti olaraq, SAMP-T raket əleyhinə müdafiə sistemi (RƏM) yerləşdirməyi təklif edib. Çərşənbə günü bu barədə Türkiyənin milli müdafiə naziri Hülusi Akar xəbər verib.

Nazir bildirib ki, inliki halda «İncirlik bazasında İspaniyanın «Petriot» kompleksi, Qəhrəmanmaraşda isə İtaliyanın SAMP-T sistemi yerləşir».

Akarın sözlərinə görə, Fransa tərəfi İncirlik və Qəhramanmaraşda RƏM sistemi yerləşdirmək imkanlarını öyrənməyi təklif edib.

«Əgər Türkiyə prezidenti belə variantı mənbul sayarsa, biz bu istiqamətdə işləməkdə davam edəcəyik...» - deyə, nazir bildirib və əlavə edib ki, hazırkı vəziyyətdə söhbət bir fransız kompleksinin yerləşdirilməsindən gedir.

SAMP-T yeni nəsil raket əleyhinə müdafiə sistemidir, Fransa-İtaliya konsorsiumu tərəfindən istehsal olunur. Türkiyə bundan əvvəl tender çərçivəsində, RƏM sistemi almaq sifarişinə baxmışdı - sonradan tender ləğv olunub. Ancaq Ankara artıq ikitərəfli qaydada bu sistemlərin istehsalı üzrə əməkdaşlıq variantlarını öyrənməkdə davam edirdi.

Bununla bağlı Ankara bəyan edib ki, SAMP-T sisteminin alınması və istehsalı imtiqamətində istehsalçı «Eurosam» şirkəti ilə ilkin danışıqlar aparılır. «Müzakirələr oktyabra qədər davam edəcək. Əgər bu hazırlıq işləri uğurlu olarsa, o zaman biz, komplekslərin istehsalı barədə danışıqlara başlayacağıq» - deyə, nazir əlavə edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar