Kanadada azərbaycanlı qadınların təşkilatı jurnalist Fuad Abbasovun həbsinə etiraz etdi

Dərc olunub: 24/05/2019 - 01:37

 

7574028e0abe783e39e27e3b1bd65149Kanadada fəaliyyət göstərən Azərbaycanlı qadınların dəstək mərkəzi jurnalist Fuad Abbasovun Rusiyada həbsi və məruz qaldığı amansız rəftarla bağlı bəyanat yayıb.

“AzPolitika” Musavat.com-a istinadla həmin bəyanatı təqdim edir:

“2019-cu il mayın 18-də tanınmış azərbaycanlı jurnalist və bloger Fuad Abbasov Ximki şəhərində Rusiya Daxili İşlər Nazirliyinin Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Hazırda jurnalistin Azərbaycana deportasiyası ilə bağlı prosedurlar həyata keçirilir.

Cənab Abbasov həbs olunması zamanı işgəncəyə məruz qalıb və döyülüb.

Dünyadakı milyonlarla azərbaycanlı siyasi sifarişlə derporasiya edilən jurnalistə qarşı bu cür qəddar rəftar göstərilməsinə etiraz edir.
Cənab Abbasov tanınmış bir jurnalistdir və həmişə Rusiyada söz azadlığı, etnik azlıqların hüquqlarını müdafiə edən mövqeyindəki ardıcıllığı ilə bilinib.

Rusiyada jurnalistlərin hüquqları və onların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Minlərlə azərbaycanlının fikrincə, cənab Abbasovun saxlanılması və ona qarşı törədilən amansızlıq Rusiyada müstəqil səslərin və müxalif fikirlərin basdırılması üçün yeni bir plandır.

Biz Rusiyanın Kanadadakı səfirliyini Rusiya hakimiyyətinə cənab Abbasovun həbsdən azad olunması, habelə Kanadada yaşayan azaərbaycanlıların icmasında böyük narahatlıq doğuran bu işlə bağlı bütün tədbirlərin görülməsi üçün müraciət etməyə çağırırıq.

Hörmətlə Azərbaycanlı Qadınların Dəstək Mərkəzi”

8fb28fbd8480






loading...


Fikrinizi bildirin