Peşəkar mühasib sertifikatının verilməsi, imtahanların keçirilməsi qaydaları təsdiqlənib

Dərc olunub: 24/05/2019 - 01:52

nazirler_kabineti_250117Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.

“Report” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il Fərmanında dəyişiklik edilməsi haqqında” dövlət başçısının 2018-ci il 1 iyun tarixli Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq olunub.

Bu Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.






loading...


Fikrinizi bildirin