Mingəçevirdə mikroavtobus süd satan piyadanı vuraraq öldürüb

Dərc olunub: 24/05/2019 - 08:51

315ce76dd54f5a7Mingəçevir şəhərində mikroavtobus yolu keçən süd satan piyadanı vuraraq öldürüb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər tezdən şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, 4 saylı marşurut üzrə hərəkət edən sprinter mikroavtobus kimliyi hələlik məlum olmayan, təqribən 55-60 yaşlı qadını vuraraq ağır xəsarət yetirib. Hadisə piyada yolu keçmək istəyərkən baş verib. Onun süd satan olduğu deyilir. Qəza nəticəsində qadının satmaq üçün götürdüyü süd və qatıq məhsulları yola dağılıb.

Ətrafındakıların köməyi ilə xəstəxanaya qaldırılan yaralı qadın ora çatanadək yolda keçinib. Ölən piyadanın kimliyi məlum deyil və hazırda dəqiqləşdirilir.

Qeyd edək ki, qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü səhər tezdən işlədiyi marşurut xəttə üzrə yola çıxırmış. Hadisə də məhz bu zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin