PAŞİNYANLA “QARABAĞ KLANI” ARASINDA GƏRGİNLİK – "Ermənilər özləri bir-birini qırmağa başlayacaq"

Ermənistanda indiki baş nazir Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsilə “məxməri” deyilən inqilabdan keçən bir ildən sonra daxili-siyasi çarpışmanın sürdüyünə təəccüblənməyə dəyməz. Amma yeni Ermənistan hökumətinin tanınmamış Dağlıq Qarabağda inqilab etmək, Paşinyanın ürəyinə yatmayan adamları götürmək hədəsi açıq nonsens görünür ki, bu da, şübhəsiz, DQR (mətndə belədir-tərc.) və ER ermənilərinin arasına parçalanma gətirir.

Bu arada, inqilabi yolla hakimiyyətə gələn baş nazir Paşinyan, az qala, and içir ki, Ermənistan Azərbaycandan qopan və heç kimin tanımadığı müstəqilliyi elan edən ərazinin “təhlükəsizlik zəmanəti” olaraq qalacaq.

Nədən Ermənistan hökumətinin DQR-ə (mətndə belədir-tərc.) inqilab ixracıyla bağlı bu qədər “əli qaşınır”? Paşinyanın opponentləri – Ermənistanın keçmiş birinci şəxsləri Serj Sərksyan və həbsə atılmış Robert Koçaryanın tərəfdarları  burada “daldalandığına” görə. Sonuncu haqda aşağıda geniş danışacağıq. Bir sözlə, DQR özünün hər iki eks-prezidentin təmsil etdiyi “Qarabağ qəbiləsi” deyilənləri ilə Ermənistanda “əks-inqilab ocağı” sayılır.

Demək artıqdır ki, Ermənistanda hakimiyyəti ələ keçirməklə siyasi dəyişikliklər Qarabağda, yumşaq deyilsə, sevinclə qarşılanmayıb. Tanınmamış respublikanın fəaliyyətdəki və keçmiş başçıları – Bako Saakyan və Arkadi Qukasyan – hətta “sırtıqlaşaraq” Robert Koçaryanı müdafiə ediblər. Onlar keçmiş prezident haqda həbs qətimkan tədbirini dəyişmək xahişi məktubu ilə ER-in Baş Prokurorluğuna müraciət edərək vurğulayıblar ki, onu azad etmək təkcə Ermənistan cəmiyyəti üçün deyil, həm də onun düşməni, yəni Azərbaycana birlik və həmrəylik siqnalı olacaq. Amma Baş Prokurorluq rədd cavabı verib.

Paşinyan isə ciddiliklə deyib ki, Dağlıq Qarabağ hökuməti Ermənistanın işlərinə qarışa bilməz, çünki ölkə suveren və müstəqildir. Baş nazir dəqiqləşdirməyib ki, onda Ermənistan niyə “suveren və müstəqil” DQR-in daxili işlərinə qarışır və bununla yanaşı, hələ israr edir ki, sonuncunun təmsilçisi müstəqil vahid kimi Qarabağ münaqişəsini tənzimləmək üzrə danışıqlara qatılsın, Azərbaycan isə buna qarşı çıxır.

Bu arada Saakyan və Qukasyan Baş Prokurorluğa məktubun uğursuzluğundan sonra konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident haqda cinayət işinin dinləmələrində iştirak edib və Koçaryanın xeyrinə zaminlik və girov (haradasa, 1000 dollar) təqdim ediblər.

Politoloq Stepan Səfəryan “Sputnik” portalına Saakyan və Qukasyanın hərəkətinin Paşinyanla razılaşdırıla biləcəyini deyərkən, sanki fala baxırmış. O deyib ki, əks halda məhkəmə Qarabağ liderlərinin zaminliyini dinləmək qəsdilə iclası uzatmazdı. Və Koçaryan ötən istirahət günlərində İrəvanın birinci məhkəmə instansiyasının qərarıyla azadlığa çıxıb.

Yəni Koçaryanın azad edilməsi (uzun müddətəmi, axı iş bağlanmayıb?) hər halda planlaşdırılıb, amma məlum edilməyib, yüksəkməqamlı qarabağlıların zəmanəti isə Paşinyana “simasını xilas etmək”də yardım olub.

Politoloq baş nazirin keçmiş prezidenti azad etməyə niyə gedə bildiyindən danışanda ehtimal edir ki, ona qarşı qaldırılan cinayət işi sonadək düşünülməyib, uyğun olaraq bunun sonunu sezmək hətta hökumətə də çətindir. O deyib: “İstintaq yeni şərait və yeni müttəhimlərin meydana çıxa biləcəyi bir neçə il uzana bilərdi”.

Amma Paşinyanın Koçaryana “acımasının” ikinci səbəbi daha sadə ola bilər: Ermənistanda məhkəmələrin “ədalətsizliyi” və uyğun “korrupsiyalaşmış sistemə cərrahi müdaxilənin” gərəkliyi ilə bağlı hay-küy salmaq. Koçaryan azad ediləndən əlüstü sonra isə öz tərəfdarlarını məhkəmələri çevrələməyə çağırıb, onlar da bunu ediblər, sonra istənilən effekt əldə edilərkən mühasirəni götürməyi əmr edib. O, bütün bu qarışıqlığın içində iki erməni xalqı, yəni qarabağlılar və ER sakinləri arasına parçalanma salmağı arzulayan “konkret güclər” haqda xalqı məlumatlandırıb.

Baş nazir iddia edir – bu güclər “Ermənistan hökumətinə və baş nazirə qarşı təbliğat üçün şəxsi əlaqələrindən yararlanırlar”. Ümumiyyətlə, “sui-qəsd var” və Paşinyan “sərt tədbirlər görməyə” söz verir.

Yeri gəlmişkən, başqa bir keçmiş prezident – Serj Sərksyan da arabir Stepanakertə (Xankəndinə-tərc.) gedir və burada onu daş-qalaq etmirlər: əlbəttə, İrəvandakı indiki hakimiyyət istərdi ki, daşlasınlar, axı bu, onun xalq tərəfindən “qəbul edilmədiyinin” əlaməti olardı.

Hər şeylə yanaşı, DQR Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın ATƏT Minsk Qrupu həmsədrləri və Ermənistan və Azərbaycan liderlərinin iki ölkənin əhalisini barışa hazırlamağın gərəkliliyi haqda sözlərinə kinayəli atmacası Ermənistanın “yuxarıları”nda gözdən yayınmayıb. Önəmi az olmayan bir ayrıntını qeyd edək: Təhlükəsizlik Şurasının “lağ edən” katibi DQR-də qarşıdakı prezident seçkilərinə qatıla və böyük ehtimalla, qalib gələ bilər. Bu, Ermənistan hökuməti üçün yaxşı olmayacaq. Deməli, buna yol verməmək üçün tələsmək gərəkdir.

Baş nazir Paşinyan Qarabağa may səfəri haqda “təəssüratlar”ını bu yaxınlarda Facebook-da bölüşüb. O yazıb: “Bəziləri Artsaxı (DQR-i) əks-inqilab ocağına çevirməyə çalışırsa, onda Artsax xalqı oranı inqilab ocağına çevirər”.

Ailəsinə məxsus “Aykakan Jamanak” (“Erməni zamanı”) qəzetində dərc edilmiş məqalədə isə birbaşa çağırış var. Təkcə “Artsaxda inqilab baş verməlidir” başlığı nəyə dəyməz. Odur ki, Ermənistanda nüfuzunu itirmiş “qisasçılar” korrupsiyanın kökünün kəsilməsi, monopoliyalarla mübarizəni istəmir, çünki DQR-də də öz nüfuzlarını itirməkdən qorxurlar. Nəşr hesab edir ki, onlar, ümumiyyətlə, əhaliyə düşüncə aşılamağa çalışırlar ki, Dağlıq Qarabağ Qərbə can atan Ermənistandan maksimal aralanmalıdır ki, Rusiya tərəfdən “sərt hərəkətdən” yayınsın. Bir sözlə, hazırlanan “məxməri çevriliş”in altına ona “haqq qazandıran” özül döşənir. Bu qayda ilə Ermənistanın Dağlıq Qarabağın “təhlükəsizlik zamini” kimi çıxış etdiyini söyləmək, sadəcə, qeyri-ciddidir. Və əgər hərbi gərginliyi dayandırmaq xatirinə, barış və sabitlik adına, ümumiyyətlə, əhali və “özününkülərin”, yəni ermənilərin yaşadıqları bapbalaca ərazinin faktiki hakimiyyəti ilə razılaşmağı bacarmayıbsa, bəs Azərbaycandakı “yadlar”la necə sazişə gələcək?

Yeri gəlmişkən, Bakı və İrəvan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar Stepanakerti (Xankəndini-tərc.) güclü gərginliyə salır: çoxları Paşinyan və komandasının “gizli oyunlar”ından şübhələnir. Başqaları isə hesab edirlər ki, İrəvanda ümumən tənzimlənmənin necə və hansı şərtlərdə mümkünlüyü görüşü yoxdur. Yəni Ermənistan paytaxtında Qarabağ üzrə dəqiq siyasət yoxdur. Və hətta bu, meydana çıxarsa, Ermənistanın yeni hökumətinin DQR-ə münasibətdə inqilabi əhvali-ruhiyyəsini nə Qarabağın əhalisi, nə hökuməti bölüşəcək – eynilə tənzimləmə üzrə hüquq səlahiyyətli (birdən oldu!) planı da.

Politoloq Manvel Sərkisyanın “Sputnik” portalına təsdiq etdiyi kimi, “İndiyədək Ermənistan cəmiyyətində tənzimlənmə ssenarisinə nisbətdə vahid mövqe yoxdur. Bəziləri əzbərləyib – “heç bir qarış torpaq da”, başqaları, əksinə, güzəştlərin gərəkliyindən danışırlar… Hüquq və məsuliyyət barədə Ermənistanda son dərəcə bərbad təsəvvürlər var, hər şeyi şübhə altna almağa və dəyərsizləşdirməyə o qədər alışmışıq ki, istənilən sağlam düşüncəni süngüylə qarşılayır və şübhəyə məruz qoyuruq”.

Ehtimal ki, belə də var – həm sağlam düşüncə planında, həm də Dağlıq Qarabağda yeni, Paşinyanın ürəyinə yatan hakimiyyət qurmaq qəsdilə inqilab barədə açıq təhdid kontekstində. Axı DQR-də istənilən gərginlik təkcə tanınmamış respublikanın deyil, Ermənistanın özünün də təhlükəsizlik sistemini zəiflədər. Bunu hətta indi Stepanakertin  (Xankəndi-tərc.) və İrəvanın hakimiyyət təmsilçiləri arasında söz atışması da zəiflədər. Sonuncu, çox ehtimal ki, Təhlükəsizlik Şurasını katibi Balasanyanın “əhvali-ruhiyyəsindən” daha çox qorxur, çünki hər şeyin nisbi olduğu nəzərə alınmaqla Serj Sərksyanın daşıdığı nüfuzdan salan materiallar onun dalınca dartınmayacaq. Güman etmirəm ki, o, indiki durumda Paşinyana və Ko-na fəal müqavimət göstərməyə və onlara qarşı siyasi qisas səviyyəsində “ideoloji təxribat” təşkil etməyə qabil olar. Əslində, DQR-in onun hətta heç bir qəbuedilməz rəhbərliyinə qarşı qoymamalı olduğu haqda anlayışı olmayan Ermənistan hökuməti məhz bundan da, yəni qisasdan qorxur. Əks halda ermənilər özləri bir-birini qırmağa başlayacaq, Bakıda isə sakitcə qurtum-qurtum qəhvə içərək qonşuların haqq-hesab çəkməyinin sonunu gözləyəcəklər.

İrina Corbenadze

rosbalt.ru, 22.05.2019

Tərcümə Strateq.az-ındır.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-24 09:40:23

Son 31 ildə Ermənistan Azərbaycan arasında baş verən münaqişədə uduzan xalqlar, udan isə bundan istifadə edib hakimiyyətə yiyələnlər oldu. Bu uduş Azərbaycanda 88- 93-cü illər arasında daha intensiv oldu. Nə yazıq ki, üzü Ermənistandan bəri torpaqların itirilməsi də məhz o illərə daha çox təsadüf etmiş oldu ki, buna da səbəb Azərbaycana o zamanlar səriştəsiz adamların rəhbərlik etməsi idi. Nəhayyət də Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu rüsvayçılıqlar durduruldu. Təssüfki, o da gec idi, artıq Ona kimi demək olar ki, ərazilər getmişdi. Qaldı Ermənistanda zaman-zaman baş verənlərə, bu Ermənistan Parlamentindəki qırğınlardan başlamış, ta bu günə kimi olan olaylar Ermənistanda Rusiyanın diqtəsi ilə hakimityyətə sahiblənməkdən başqa bir şey deyildir və bu olaylar da nə yazıq ki bizə heç nə vermədi və vəd də etməti. Əksinə Ermənilər hər dəfəsində qalib, biz isə məğlub durumda qaldıq. Bəzi rəsmi və ya qeyri rəsmi sözçülərin isə illərdir Ermənistanda baş verən bu spikuliyasiyaları bayraq edərək (Müsyo Jordanın Parisin dağılma səhnəsinə oxşar), millətə bir növ təsəlli vermək amacı ilə bu sayaq yazılar və şərhlər vermələrinə, bu milləti təsəlli etməkdən başqa bir şey deyildir. Lakin onlar bir şeyi unudurlar ki, artıq təsəllidən keçib. Millət artıq təsəlli ediləcək durumundan çoxdan çıxıb və nəticə gözləyir və ümidvarıq ki, Azərbaycanın Dövlət Başşısının münaqişə ilə bağlı susqunluğunun altında mutlaka bir şey vardır. Çünki, mən inanmıram ki, bir belə zəhmətin qarşılığında Qarabağ zəfərinin başqa birisinin adına yazılmasına, Onun könülü razı olsun. Digər tərəfdə isə, təbii ki bu münaqişə ilə bağlı həm də dış müdaxilələr var və bu nədən də məsələnin uzanması anlaşılandır. Çünki zamanında qeyd etdiyimiz spikuliantlar-xüsusən də bizimkilər heç nə ilə həll olunacaq bu münaqişəni, sonda beynəlxalq müstəviyə çıxarılmasına nail oldular və tam mənası ilə bunu başardılar da. Vəziyyətin bu şəkil alması dünyanın aparıcı dövlətlərinin, xüsusən də Rusiyanın, İranın, ABD və QƏRB-in diqqətini cəlb etməyə bilməzdi. Çünki bölgə həssas bir bölgə idi, bu coğrafiyada onların hər birinin kəndisinə görə çıxarları vardır. Nə yazıq ki, bu dövlətlərin öz maraqları bir yana, onlar münaqişənin həllində Ermənilərin yanındadırlar. Fərqi yoxdur üzdə Rusiaya guya “dost”dur, İran dindaşdır (dəfələrlə baş molla etiraf edib ki, biz əgər bu münaqişədə ermənilərin yanında olmasa idik, Azərbaycan bütün qüvvəsini Təbrizə yönəltmiş olacaqdı), ABD və Avropa isə “demokratdılar”. Ona görə də, bütün bunlardan görünən o ki, Aazəırbaycanın Qarabağ məsələsini həll etmək üçün, hərbi siyasi yoldan keçir və buna məcbur edilib. Siyasi yolda irəliləyişlərin nədən ibarət olduğu bizlərə tam aydın deyildir, lakin hərbi yolda müvəfəqiyyətlər var. Elə bilirəm hakimiyyətin siyasi yolda uğura imza atması üçün isə, birincisi ATƏT üçlüyündəki farmatdan ən azı Fransanın Türküyə ilə əvəz olunmasına, ikincisi isə nə qədər mürəkkəb və çətin olsa da Türküyə və Pakistanla strateji mütəffiklik barədə sazişə gedilməlidir.

Elli 2019-05-24 09:40:23

Bu yazının müəllifi gürcü familiyası daşısa da bəlkə də ermənidir. Yazı erməniləri oyatmağa, ayıq olmağa yönəlmişdir. Yazı heç bir halda Azərbaycanın mövqeyini əks etdirmir. Çünki erməni heç bir şərtlə bir sm torpaq qaytarmaq istəmir. Xalqımız işğal olunmuş torpaqlarımızı müharibə yolu ilə azad etməlidir, başqa yol isə yoxdur təəsüf ki.

Cəmşid Dərələyəzli 2019-05-24 09:40:23

Son 31 ildə Ermənistan Azərbaycan arasında baş verən münaqişədə uduzan xalqlar, udan isə bundan istifadə edib hakimiyyətə yiyələnlər oldu. Bu uduş Azərbaycanda 88- 93-cü illər arasında daha intensiv oldu. Nə yazıq ki, üzü Ermənistandan bəri torpaqların itirilməsi də məhz o illərə daha çox təsadüf etmiş oldu ki, buna da səbəb Azərbaycana o zamanlar səriştəsiz adamların rəhbərlik etməsi idi. Nəhayyət də Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu rüsvayçılıqlar durduruldu. Təssüfki, o da gec idi, artıq Ona kimi demək olar ki, ərazilər getmişdi. Qaldı Ermənistanda zaman-zaman baş verənlərə, bu Ermənistan Parlamentindəki qırğınlardan başlamış, ta bu günə kimi olan olaylar Ermənistanda hakimityyətə sahiblənməkdən başqa bir şey deyildir və bu olaylar, nə yazıq ki bizə heç nə vermədi və vəd də etməti. Əksinə Ermənilər hər dəfəsində qalib, biz isə məğlub durumda qaldıq. Bəzi rəsmi və ya qeyri rəsmi sözçülərin isə illərdir Ermənistanda baş verən bu spikuliyasiyaları bayraq edərək (Müsyo Jordan Parisin dağılma xəbərinə oxşar) , millətə bir növ təsəlli vermək amacı ilə bu sayaq yazılar və şərhlər vermələrinə, bu milləti təsəlli etməkdən başqa bir şey deyildir. Lakin onlar bir şeyi unudurlar ki, artıq təsəllidən keçib. Millət artıq təsəlli ediləcək durumundan çoxdan çıxıb və nəticə gözləyir və ümidvarıq ki, Azərbaycanın Dövlət Başşısının münaqişə ilə bağlı susqunluğunun altında mutlaka bir şey vardır. Çünki, mən inanmıram ki, O bir belə zəhmətin qarşılığında Qarabağ zəfərinin başqa birisinin adına yazılmasına müsaidə ettsin. Digər tərəfdə isə, təbii ki bu münaqişə ilə bağlı həm də dış müdaxilələr var və bu nədən də məsələnin uzanması anlaşılandır. Çünki zamanında qeyd etdiyimiz spikuliantlar-xüsusən də bizimkilər heç nə ilə həll olunacaq bu münaqişəni, sonda beynəlxalq müstəviyə çıxarılmasına nail oldular və tam mənası ilə bunu başardılar da. Vəziyyətin bu şəkil alması dünyanın aparıcı dövlətlərinin, xüsusən də Rusiyanın, İranın, ABD və QARB-in diqqətini cəlb etməyə bilməzdi. Çünki bölgə həssas bir bölgə idi, bu coğrafiyada onların hər birinin kəndisinə görə çıxarları vardır. Nə yazıq ki, bu dövlətlərin öz maraqları bir yana, onlar münaqişənin həllində Ermənilərin yanındadırlar. Fərqi yoxdur üzdə Rusiaya guya “dost”dur, İran dindaşdır (dəfələrlə baş molla etiraf edib ki biz əgər bu münaqişədə ermənilərin yanında olmasa idik, Azərbaycan bütün qüvvəsini Təbrizə yönəltmiş olacaqdı), ABD və Avropa isə “demokratdılar”. Ona görə də, bütün bunlardan görünən o ki, Aazəırbaycanın Qarabağ məsələsini həll etmək üçün, hərbi siyasi yola üstünlük verir və buna məcbur edilib. Siyasi yolda irəliləyişləri bilmədiyim üçün deyə bilmərəm, lakin hərbi yolda müvəfəqiyyətlər var. Elə bilirəm hakimiyyətin siyasi yolda uğura imza atması üçün isə, birincisi ATƏT üçlüyündəki farmatdan ən azı Fransanın Türküyə ilə əvəz olunmasına, ikincisi isə nə qədər mürəkkəb və çətin olsa da Türküyə və Pakistanla strateji mütəffiklik barədə sazişə gedilməlidir

Islam mellim 2019-05-24 09:40:23

Esi niye telesirik e 30 ildir gozleyirik, bir 50 il de gozlesek ne olar ki.hara telesirik ki.yeqin ermeniler de axirda bize yaziqlari gelib rayonlari qaytaracaqlar.Axi unutmayaq ki biz dozumlu xalqiq.Ayibdi, vallah, billah ayibdir.Utanmiriq hele gor neyin umidindeyik.Sevinirik ki ermeniler bir birini qiracaq,a kisiler bunlarin hamisi ermeni oyunlaridir ki vaxt udurlar.Ermenini oz basina qoysan cox quduracaqlar.Bunlarin dersini vermeliyik artiq YETER YETER Ya.

Oqtay 2019-05-24 09:40:23

Belə analizləri şəxsən mən mənasız sayıram. Ermənilərlə baxçada,məktəbdə,ali məktəbdə bir oxumuşam uşaqlıqda dostluq eləmişəm onları tanıdığımdan bilirəm ki onlar öz aralarında vuruşada bilərlər dalaşada bilərlər biri biri ilə düşmən də ola bilərlər ancaq bizə qarşı ,türkə qarşı hamısı birdir qardaşdır.Onun üçün də onların razborkasından bizim işimizə heç bir xeyir gözləməyin.Ermənilər hamısı bizə qarşı biri birinə qardaşdırlar Yolumuz yalnız silah gücünə qalib gəlməkdir bu alçaqlara.

t.ədalət 2019-05-24 09:40:23

Rus mətbuatının bu yazısı da bizi aldatmağa hesablanıb.erməninin hamısına lənət!

Son yazılar