“Tillerson daş kimi kütdür” – Tramp

Dərc olunub: 24/05/2019 - 10:12

donald_trump_160718 (1)ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb.

Trend-in məlumatına görə, o, bunu öz “Twitter” səhifəsində yazıb.

D.Tramp bildirib ki, R.Tillerson Rusiya Prezidenti Vladimir Putinin ondan daha hazırlıqlı olması barədə hekayə uydurub:

“Reks Tillerson daş kimi küt bir adamdır və dövlət katibi vəzifəsinə qətiyyən uyğun biri deyil. O hekayə uydurub ki, guya mənim 2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşüm zamanı, o məndən daha hazırlıqlı olub. Hesab etmirəm ki, Putin bu fikirlə razılaşar”.

Qeyd edək ki, Donald Tramp Reks Tillersonu ötən ilin martında dövlət katibi vəzifəsindən azad etmişdi.








loading...


Fikrinizi bildirin