İranın xarici işlər naziri nüvə razılaşması barədə "nikbindir"

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyir ki, İranın ziddiyyətli nüvə proqramına dair Tehranla dünyanın altı dövləti arasında razılaşmasının əldə olunacağına «xeyli nikbin» yanaşır.

Zarif bunu sentyabrın 1-də Brüsseldə Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton-la danışıqlardan sonra deyib. Onun sözlərinə görə, noyabrın 24-nə təyin olunmuş son tarixədək durum həll olunacaq:

«Bütün tərəflərdə gördüyüm hazırlıq və siyasi iradəyə əsasən ümid edirəm ki, gələn üç ay ərzində razılıq əldə ediləcək».

Ötən ildən İranla Almaniya, Fransa, Birləşmiş Ştatlar, Britaniya, Rusiya və Çin arasında gərgin danışıqlar gedir. Məqsəd İrana qarşı beynəlxalq iqtisadi sanksiyaların yumşaldılması əvəzində Tehranın nüvə proqramının məhdudlaşdırılmasıdır.

İran nüvə proqramının dinc məqsədli olduğunu iddia edir.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar