Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb

Dərc olunub: 24/05/2019 - 11:21

087362a2-273e-4899-9440-b605ed921f76Türkiyənin Konya əyalətinin Doğanhisar şəhər bələdiyyəsinin sədri İhsan Öztoklu döş qəfəsindən bıçaqlanaraq öldürülüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya əyalət təşkilatının sədri Murat Çiçek bildirib.

İ.Öztokluya Konya şəhərində bıçaqla hücum olub. Hadisədə keçmiş bələdiyyə sədri, martın 31-də İYİ Partiyanın namizədi olmuş Abdullah Koçun da adı hallanır. O, seçkilərdə 40,4 faiz səs toplayaraq uduzub.

Hüquq-mühafizə orqanları hadisəyə görə 3 şübhəli şəxsi saxlayıb. Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, İ.Öztoklu evli və iki övlad atasıdır. O, cari il martın 31-də keçirilən bələdiyyə seçkilərində MHP-dən “Cumhur İttifakı”ının namizədi olaraq iştirak edib və 52,46 faiz səs toplayaaraq qalib gəlib. İ.Öztoklub bu gün Doğanhisarda dəfn ediləcək.












loading...


Fikrinizi bildirin