Nazarbayev Ukrayna böhranının təsirləri barədə xəbərdarlıq etdi

Prezident Nursultan Nazarbaev deyir ki, Ukrayna böhranının daha da gərginləşməsi Qazaxıstan iqtisadiyyatına ziyan vura bilər. Nazarbaev sentyabrın 2-də parlamentdə çıxış edib.

Onun sözlərinə görə, Ukrayna böhranına görə tətbiq olunmuş sanksiyalar və ticarət qadağaları Rusiya da daxil olmaqla, Qazaxıstanın tərəfdaşlarının iqtisadi artımını əngəlləyəcək və bu da nəticədə Qazaxıstan iqtisadiyyatına təsir göstərəcək.

«Qlobal ÜDM-nin 60 faizini verən dövlətlərin qarşılıqlı sanksiyaları mövcud iqtisadi münasibətlərdə və dünya düzənində ciddi dəyişikliklərə gətirəcək,» Nazarbaev deyib.

Rusiya Avropa Birliyinin sanksiyalarına AB-dən ərzaq idxalını qadağan etməklə cavab verib.

Qazaxıstan, Rusiya və Belarus Gömrük İttifaqında tərəfdaşlardır və Avrasiya İqtisadi Birliyini yaratmağa razılaşıblar. Birlik 2015-ci ilin yanvarından işə başlamalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar