Bakı-Şamaxı yolunda hərəkət 4 saatlıq məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrliyində (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

Qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyirik və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar