Putin sözünü geri götürdü

“Rusiya prezidenti Vladimir Putinin "iki həftəyə Kiyevi alaram" sözləri kontekstdən çıxarılıb və bu sözlər tamamilə başqa mənə kəsb edib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə telefon danışığının detallarının açıqlanması diplomatik praktika çərçivəsindən kənara çıxan haldır: “Əgər bu edilibsə, məncə ciddi siyasi xadimə yaraşan hərəkət deyil. Bu sözlərin deyilib-deyilməməsinə gəldikdə isə, bu sözlər kontekstdən çıxarılıb və tamamilə başqa məna kəsb edib”.

Qeyd edək ki, Avropa mediasında Vladimir Putinin Avropa Komissiyasının sədri Jose Mannuel Barozzoya "istəsəm, Kiyevi iki həftəyə alaram" dediyi haqda xəbərlər yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar