Elşad Abdullayevdən sonra ikinci böyük gizli çəkiliş skandalı - Şok iddia

Musavat.com-un elektron poçtuna sensasional bir material daxil olub.

Əvvəllər də verdiyi məlumatların səhihliyi ilə seçilən mənbə qeyd edir ki, Qafqaz Müsəlmanları İdarəsində gizli kameralar aşkarlanıb. Heç demə, Şeyx həzrətləri illərdən bəri öz işçilərini izləyirmiş.

Məlumatı ötürən mənbə bunu "Elşad Abdullayevdən sonra ikinci böyük gizli çəkiliş skandalı" adlandırır.

Bildirilir ki, bu, Azərbaycan tarixində ən böyük telequlaq skandalıdır. QMİ–nin sədri Paşazadə QMİ–də axundların otağlarında, Bakı İslam Universitetinin rektoru və müəllimlərin kabinetlərində, müavini Hacı Salmanın otağında və Həccə sənəd toplama idarəsində gizli kameralar yerləşdirtdirib və öz işçilərini gizli şəkildə izləyib.

Qeyd olunur ki, bu əməlin üstü bir aydır ki açılıb. Bununla belə, əməlin faş olunmasının təsadüfdən, yoxsa başqa qəsdən təşkil edilməsi bilinmir.

Hazırda bu üzdən QMİ-də vəziyyət olduqca pis olduğu deyilir və hamı öz arasında bu hərəkəti mənfi qiymətləndirir, müzakirə açır. Xüsusilə zaman-zaman Paşazadənin əleyhinə danışanlar narahat və qeyzlidir.

QMİ sədrinin müavini Mir Əzinin bunu bildikdən sonra Paşazadə ilə mübahisə etməsi və qəzəbindən infakt keçirməsinin də gizli izlənmə ilə əlaqəli olduğu deyilir.

Materalda o da bildirilir ki, şeyxin sifarişi ilə gizli kameraları yerləşdirən şəxs hazırda İsveçrədə mühacirətdədir. Şeyx təlaşa düşüb ki, görəsən, həmin adam gizli çəkilişləri özü üçün bir bazada toplayıbmı. Şeyx bu barədə təhlükəsizlik mütəxəsissləri ilə də görüşüb. Onlar şeyxə deyiblər ki, bu sistem WI-FI ilə bağlı olduğu üçün sistemi quran şəxs tərəfindən başqa yerdə bazada toplanması mümkündür. QMİ içərisndəki mənbə deyir ki, əgər həmin gizli çəkilişlər başqa əllərə keçsə, bu, şeyxin sonu olacaq. Çünki orda axundların yersiz söhbətləri, söyüşləri, pul-para söhbətləri, axund təyinatlarında rüşvət söhbətləri və sair biabırçı videoyazılar var.

* * *

QMİ-dən gizli kameralar quraşdırılması məsələsinə rəsmi cavab verilib.

QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilri ki, bəzi saytlarda QMİ ilə bağlı yayılan provokativ xarakterli yazılarla bağlı bildiririk ki, bu, İdarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır: "Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Həmçinin, məscidlər, kütləvi tədbirlərin keçirildiyi məkan oldugundan bu yerlərdə təhlükəsizlik kameraların quraşdırılması zəruridir.

İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar həqiqətə uyğun deyildir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar