Pakistanda məsciddə partlayış olub – Ölənlər var (VİDEO)

Dərc olunub: 24/05/2019 - 14:46

0f766ea7-9ce5-4fc7-b3c6-cae94122199cPakistanın Baloçistan əyaləti mərkəzi Quetta şəhərinin Paştunabad qəsəbəsindəki Rəhmaniyə məscidində güclü partlayış nəticəsində imam da daxil olmaqla azı 2 nəfər ölüb, 15-dək insan yaralanıb.

“Report” GeoTV-yə istinadən xəbər verir ki, Quetta Mülki Xəstəxanasına çatdırılan yaralananların 3-ü daha ağır vəziyyətdədir.

Məscid rəhbərliyi partlayışın günorta vaxtı 30-40 dindarın iştirak etdiyi cümə namazı zamanı baş verdiyini bildirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.

AP xəbər verir ki, bölgədə fəaliyyət göstərən silahlı dəstələrdə heç biri hələlik bu hücumun məsuliyyətini üzərinə götürməyib.












loading...


Fikrinizi bildirin