“Ermənilərin irəli sürdükləri üç iddianın hamısı yalandır” – Ziyafət Əsgərov

Dərc olunub: 24/05/2019 - 15:32

a1e25f5a-4172-499f-a4da-acf449dd0942“1991-ci ildə müstəqilliklə bağlı Konstitusiya Aktı qəbul edildi. Bu da dövlət müstəqilliyinin ilk hüquqi bazası idi. Bu sənədin qəbul edilməsindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu başladı. Lakin sənədlərdə təsdiq edilən konkret adıdmları ata bilmədik. Hakimiyyətdə olan təcrübəsiz insanlar və işğal imkan vermədi ki, qəbul edilən prinsipləri, normaları həyata keçirək”.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması ilə bağlı uzun danışmaq olar: “Bu problem tək 1988-ci ilin fevralından başlayan məsələ deyil. Ermənilərin hələ 200 il ərzində Azərbaycana qarşı ərazi iddiaları olub. Bunun da bir sıra səbəbləri olub. Bir faktı qeyd edim ki, 1919-cu ildə Millətlər Liqası Ermənistanı üzv kimi qəbul etmədi. Çünki onun ərazisi yox idi. Bu olmadığı təqdirdə Ermənistanı hansı statusla ora üzv qəbul edəcəkdilər?”.

Z.Əsgərov qeyd edib ki, ermənilər Qafqazın oborigen xalqı olduğunu və Dağlıq Qarabağın onların olduğunu iddia edirlər: “O vaxtdan bu günə qədər qarşımıza 3 arqument qoyurlar. Onlar hesab edir ki, 1918-20-ci illərdə Dağlıq Qarabağ Azərbaycan ərazisi olmayıb. İkinci arqument ondan ibarətdir ki, 1990-cı ilin aprelin 3-də SSRİ-nin dağılmaq ərəfəsinə müttəfiq respublikaların SSRİ tərkibindən çıxma hüququ saxlanılır. Ermənilər irad tutur ki, Azərbaycan SSRİ tərkibindən çıxsa muxtar qurumlar taleyini özləri bildiyi kimi həll edəcək. Üçüncü arqumentdə isə ermənilər deyir ki, siz 1918-20-ci ildə mövcud cümhuriyyətin hüquqi varisisiniz. Yəni guya biz SSRİ-nin hüquqi varisi deyiliksə deməli Dağlıq Qarabağ da bizə aid ola bilməz”.

“Diqqətə çatdırım ki, Azərbaycan hələ 1919-cu ildə Tomson Bakıya daxil olanda Dağlıq Qarabağ quberniyası yaradıldı və azərbaycanlı başçı təyin olundu. Guya 1921-ci Dağlıq Qarabağ Azərbaycana verilib, halbuki həmin ərazi əzəldən Azərbaycanın tərkib hissəsi olub”- deyə sədrin I müavini deyib.












loading...


Fikrinizi bildirin