BU ŞƏXSLƏR PENSİYA ALA BİLMƏYƏCƏK - İqtisadçı açıqladı   

Vüqar Bayramov: “Müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik”

"Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır". İqtisadçı-alim Vüqar Bayramov "Facebook" statusunda belə yazıb.

O bildirib ki, bu dəyişikliklər bütün yaşlı şəxslərin pensiya almasına imkan vermir: "Məsələ ondadır ki, elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək, hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da, pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq".

"O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir" - deyə alim əlavə edib.

Qeyd edək ki, kənd yerlərində yaşanların əksəriyyətinin ümumiyyətlə fərdi hesabları belə yoxdur. Bu isə yaxın illərdə ölkədə əmək pensiyası alanların sayının kəskin şəkildə azalacağı deməkdir. Hökumətin bu sahədə  apardığı "islahatlar" faktiki olaraq, ölkədə yaşlı insanları əksəriyyətini dövlət qayğısından məhrum edir...  

AzPolitika.info   

635x100

Şərhlər

Məhbub 2019-05-24 15:54:03

Bütün qanunların asasını məntiq təşkil edir. Pensiyaların hesablanmasında isə tam məntiqsizlikdir. Ancaq çalışırlar ki, azaltsınlar, verməsinlər, elə maddələr fikirləşib tapırlar ki, adicə hesab əməliyyatlarına zidd olur. Buna görə də heç kim cavabdehlik daşımır. özümüz-özümüzə problem yaradırıq, sonra başlayırıq onu həıı etməyə.

Eldar Babayev 2019-05-24 15:54:03

Vüqar müəllimə təşəkkür edirəm. Ən vacib və əsaslandırılmış təklifləri o hazırlayır. Çox əhəmiyətli və vacib yanaşmadır. Hökumətin reallaşdırması lazımdır.

Elli 2019-05-24 15:54:03

Bu qanun aid olmalıdır on, on beş il sonra pensiyaya çıxanlara. Əgər bu qanun indi pensiyaya çıxanlara şamil olunsa bu tam ədalətsizlik olacaq.Çünki indi pensiya yaşı çatanlar əvvəlcədən nə bileydilər ki, belə qanunlar qəbul olunacaq. Belə çıxır ki, yaşlı insanlar fakt qarşısında qalır.Şəxsən mən bu qanunun tez-tələsik qəbul olunmasından narazıyam. Yaşlı insanlar mütləq nəzərə alınmalıdırlar. Onların əlavə gəlir yerləri yoxdur.Əgər ədalət varsa qanuna düzəliş olunmalıdır.

EJDER 2019-05-24 15:54:03

BU ANALOQU OLMAYAN HOKUMETIMIZ IWI ANCAQ UWQAQ PULUNU,NEFT GELIRLERINI YEYIB DAQITMAQDI...ESAS WARADI,FORUMDU, FORMULADI,FONDUN ,,XEYIR XAQ,,EMELLERIDI,,,KAPITALIN,,ANALOQU OLMAYAN INKIWAFUDU...SAQ YEMESINLER

AZER 2019-05-24 15:54:03

idarələrin xərclərinin azaldilmasi və bunun muqabilində vəsaiti əmək haqqina yonəltmək üçün sosial sığorta da 3 və 22 faiz nisbətini dətişdirməkoar yəni işçi 3 faizin əvəzinə5 faiz idarələr 22 faizin əvəzinə 20 faiz vergi məklə həmin 2 faizi işçilərin əmək haqqina əlavəyə yönəltmək olar.VƏ eyni zamanda bunun əvəzinə 14 faiz gəlir vergisini 500-600 manata5 faiz.700-800 manata 6 faiz 1000 manata qədər 7 faiz 1000-1500 manata 8 faizə endirmək olar

VƏTƏNDAŞ 2019-05-24 15:54:03

pensiya sistemində ciddi islahatlar zəruridir.niyə də vətəndaşın əkər 40 il staji varsa 2-3 il tez pensiyaya çixmaq huququ verilməsın?tutaq ki vətəndaş 1 il yəni64 yaşında çixmaq istəyirsə hər ilə gorə 5 faiz azalma ilə çixa bilməlıdır.40 il staj varsa 5 faiz azalma ilə 64 yaşinda.10 faiz azalma ilə 63 yaşinda 15 faiz azalma ilə 62 yaşinda .20 faiz azalma ilə 61 yaşinda 25 faiz azalma ilə 60 yaşinda pensiyaya çixmaq şansı verilməlıdir .BU daha ədalətlı və humanist addim olar

Son yazılar