Biznesmen Arzu Şahmalıyev polkovniki satdı ...- Yüngül cəza ilə yaxasını qurtardı

Rusiyanın Yekatrinburq vilayətinin Polevsk şəhər məhkəməsi azərbaycanlı biznesmen Arzu Şahmalıyevin işi üzrə hökm çıxarıb. Virtualaz.org xəbər verir ki, Şahmalıyev xarici vətəndaşların Rusiyaya qanunsuz gəlişinin təşkil edilməsi və onların ölkədə qanunsuz qalmasına şərait yaradılması ittihamı üzrə təqsirli hesab edilib. Lakin məhkəmə belə qənaətə gəlib ki, Şahmalıyev günahını tam etiraf etdiyi üçün onun barəsində cinayət işinə xitam verilsin, ancaq inzibati qaydada cəzalandırılsın və 100 min rubl cərimə ödəsin.

Arzu Şahmalıyev 2018-ci ilin iyulunda Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılmışdı. İş materiallarına əsasən Şahmalıyev Azərbaycan və Ermənistan vətəndaşları ilə işləyib, onların Rusiyada qanuni yaşaması üçün görüntü yaradıb. Əslində istintaq Şahmalıyevin barəsində mütəşəkkil cinayətkar qrup tərkibində qanunsuz miqrasiya təşkil etmə ittihamı irəli sürmüşdü. 

Lakin istintaq daha sonra onu qrupdan çıxarıb, çünki Şahmalıyev miqrantlara sənəd düzəltmək işini kimlərin əli ilə həyata keçirdiyini müstəntiqlərə açıqlayıb. Onun ifadələri əsasında Polevsk şəhər Daxili İşlər İdarəsinin rəisinin miqrasiya məsələləri üzrə müavini, polkovnik Sergey Qalişşev və Yekatrinburqdan olan biznesmen Dmitri Mullayarov tutulublar. Hazırda onlar “içəridədir”.

Şahmalıyevin 2017-ci ildə də 17 miqrantı evində qanunsuz "propiskaya" saldığı üçün saxlanıldığı, daha sonra buraxıldığı bildirilir. O, şəhərdə Qafqazdan və Orta Asiyadan olan miqrantlar üçün "sənəd düzəldən" kimi tanınıb.

635x100

Şərhlər

məmiş 2019-05-24 16:07:36

metropoliya nədir sualına cavab tapsaz bu dəhşətlərin haradan gəldiyini bilərsiz ...əsas nədənlərdən biri kimi..

Son yazılar