Bakıda icra başçısı məşhur şadlıq sarayını sökdürür

Nizami Rayon İcra Hakimiyyəti Bakının məşhur şadlıq saraylarından olan “Planet”in sökülməsi ilə bağlı tapşırıq verib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti obyekt rəhbərlyiininə xəbərdarlıq edərək şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb.

İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına vaxt qoyub.

“Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb”,- deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, paytaxt Bakıda yerləşən restoranlar arasında “Planet” gəlin maşınının zala daxil olması özəlliyi ilə məşhurdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar