Gömrük Komitəsi büdcəyə 1,4 milyarda yaxın vəsait ödəyib - Yanvar-aprel aylarında

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858 900 manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 364,3 mln manat, yaxud 35,5% artıq deməkdir.

Bunu “Report”a eksklüziv açıqlamasında DGK sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu ilin dörd ayı üzrə proqnoz tapşırığa da 8% artıq əməl olunub: “Bu ilin ilk 4 ayının proqnoz göstəriciləri ilə müqayisədə faktiki olaraq 103,2 mln manat artıq vəsait ödənilib. Bu da 108% icra deməkdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar