Əfqanıstan SOCAR-dan aldığı neft məhsullarının həcmini artıracaq

Dərc olunub: 24/05/2019 - 17:52

061de1c7-8e80-4b31-88c8-e901f18a3280Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər Əfqanıstan və Azərbaycan arasında uzunmüddətli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Son illərdə Azərbaycanın neft məhsullarının Əfqanıstanın yanacaq bazarına idxal olunduğu bildirilib, dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı ilə bağlı məlumat verib, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını və SOCAR-ın Əfqanıstana ixrac etdiyi neft məhsullarının çeşidinin, eləcə də həcminin artırılması ilə bağlı təkliflə çıxış edib.

Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan artıq ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.












loading...


Fikrinizi bildirin