Qarabağda baş verən yol qəzasında 2 erməni ölüb – 2-si yaralanıb

Dərc olunub: 24/05/2019 - 18:16

1a1cf499-0b87-4201-a4cc-ac7311bf61f7Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni ölüb, ikisi yaralanıb.

“Report” “Ponorama”ya istinadən xəbər verir ki, hadisə Əsgəran-Xankəndi avtomobil yolunda baş verib.

Belə ki, 1992-ci ildə anadan olmuş və adı açıqlanmayan sürücü idarə etdiyi “LEXUS LX 470” markalı avtomobillə Əsgəran sakini, 1986-cı il təvəllüdlü G.S.-ni vurub. Piyada hadisə yerində ölüb.

Hadisədən sonra avtomobil aşıb. Sürücü və 3 sərnişin yaralanıb. Yaralılardan biri – 1990-cı ildə anadan olmuş E.A. xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin