Sırada «Xiaomi»dir – Sanksiyalar qızışır

Dərc olunub: 24/05/2019 - 18:42

image-1

Bir qədər ABŞ-ın və başqa dövlətlərin qlobal sanksiyaları ilə üzləşən «Huawei»in təsisçisi Jen Çjenfey bildirib ki, şirkət ABŞ-ın qadağalarına davam gətirəcək, çünki ABŞ bazarı onun üçün böyük əhəmiyyət daşımır: «Bizim şirkət amerikanlardan pis çip buraxmır. Biz amerikan hissələrindən imtina etmirik, amma onlar etsə, ehtiyat variantlarımız var».

«Google»nin «Android»sisteminddən məhrum olan «Huawei» öz əməliyyat sistemini də təqdim edəcək, amma buna təxminən 1 il vaxt tələb olunur.
«Huawei» əməliyyat sistemini açıqladı

Şirkətin CEO-su olan Richard Yu bildirib ki, onlar Google ilə Microsoft ekosistemlərindən tamamilə imtina etməyə hazırdırlar. Qeyd edək ki, fərdi əməliyyat sistemi 2012-ci ildən bəri hazırlanır. Lakin onun mövcudluğu yalnız keçən il məlum olmuşdu. Amma şirkət öz əməliyyat sistemini yalnız o halda istifadəyə veriləcək ki, Google və Microsoft la problemi həll edə bilməsin. Prooblem həll olunmasa, «Huawei» öz əməliyyat sistemini artıq bu ilin dördüncü rübündə Çində istifadəyə verəcək. Dünyada əsə bu sistem 2020-ci ilin birinci və ikinci yarısından tətbiq ediləcək. Ekspertlər bildirir ki, əslində şirkətin əməliyyat sistemi Androiddən pis olmayacaq, sadəcə burada tətbiqlərin sayı azdır, ona görə də ilk dövrdə şirkət tətbiqlərin alınmasına böyük pul buraxacaq.

«Huawei»ə kompüter bazarında da zərbə

Bu arada «Huawei» kompüter bazarında da zərbə alıb. «Microsoft» şirkəti Huawei məhsullarını öz mağazasından çıxarıb.

«Panasonic» və «Toshiba» yıxılanı «baltalayırlar»

«Huawei»ə qarşı sanksiyalara başqa ölkələr də qoşulub. Yaponiyanın «Panasonic» və «Toshiba» şirkətləri «Huawei»ə ehtiyat hissələrini göndərməyi dayandırıb. Yeri gəlmişkən, bu addımın bir səbəbi özünü ABŞ sanksiyalarından qorumaq olsa da, digər səbəbi «batan» rəqibi tamam məhv edib bazarına yiyələnməkdir – bazardan «Huawei» kimi nəhəngin getməsi digər şirətlər üçün şansdır.

Pekin isə «Apple»i hədəfə götürüb

Rəsmi Pekin də oxşar addımlar atmağa hazırlaşır. Hədəf «Apple» şirkətidir. Artıq Çində «Apple»i boykot etmək və həmin telefonları tullamaq barədə çağırışlar artmaqdadır. Bu baş versə, «Apple»in səhm başına gəlirləri 29% azalacaq. Elə buna görə Applenin səhmləri sürətlə ucuzlaşıb. Əslində bu hadisə «Apple»ə də dərs olacaq – şirkət gələcəkdə belə problemlə üzləşməmək üçün istehsalı Çindən çıxara bilər.

Amerikan şirkətləri zərərdədir – köçməyə hazırlaşırlar

Bu arada «Huawei»yə hücum, Çin və ABŞ arasında gedən ticarət müharibəsi, Çində fəaliyyət göstərən amerikan şirkətlərinə zərər verir. Çinin Şanxay şəhərində fəaliyyət göstərən Amerikanın ticarət palatasının üzvləri arasında aparılan sorğuda məlum olub ki, şirkətlərin 75%-i ölkələr arasında ticarət müharibəsindən zərərə düşüblər. Şirkətlərin təxminən yarısı tələbatın aşağı düşməsinə, 42% isə istehsal xərclərinin artmasına hazırlaşır.

Vəziyyəti düzəltmək üçün şirkətlərin 38%-i qiymətləri qaldırmağı planlayır. Bəzi şirkətlər isə etiraf edib ki, yeni yatırımları təxirə salacaq. Hər 5 şirkətdən biri istehsalı Çindən çıxaracağını, hər 4 şirətdən biri isə ABŞ-dan çıxaracağını elan edib.

«Xiaomi» də «qara siyahı»ya düşəcək

İndi isə məlum olub ki, ABŞ Çinin başqa şirkətlərinə də sanksiya qoyacaq. Bunların arasında«Xiaomi», «ZTE», «Oppo», «Oneplus» markalarının adı çəkilir. Maraqlıdır ki, «Xiaomi» ilə bağlı sanksiyaları Çin də tətbiq edə bilər. Analitiklər hesab edir ki, Çin qisas olaraq «Xiaomi»nin ABŞ –da satışını qadağan edə bilər ki, bu da ABŞ da «Apple» alternativ axtaranların birmənalı olaraq qəzəbinə səbəb olacaq deyə məlumatda qeyd olunur.

Çin «dişlərini göstərməyə» başlayıb

Çin də boş dayanmır və artıq dişlərini göstərməyə başlayıb: Bir qədər əvvəl rəcmi Pekin elan edib ki, «Boeing» şirkətindən keyfiyyətsiz çıxan «737 MAX» təyyarələrinə görə təzminat tələb edəcək. ABŞ-ın metal və texnologiya sektorlarına cavab sanksiyaları isə yaxın günlərdə açıqlanacaq.

«Huawei»in məsələsi ticarət danışıqlarında həl olunacaq

Bu gün isə məlum olub ki, «Huawei» şirkəti ABŞ ilə Çinin ticarət anlaşmasına daxil edilə bilər. Tramp jurnalistlərə deyib ki, «çox təhlükəli» hesab etdiyi «Huawei» məsələsi danışıqlarda həll olunacaq. /fed.az








loading...


Fikrinizi bildirin