“Oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxacaq” – Boris Conson

Dərc olunub: 24/05/2019 - 21:54

285492_res_01“Bu il oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən müvafiq saziş imzalansa da, imzalanmasa da, çıxacaq”.“İndependent” xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq xarici işlər naziri, ölkənin baş naziri kürsüsü uğrunda başlayacaq mübarizədə ən güclü iddiaçı sayılan Boris Conson bildirib.

B.Conson qeyd edib ki, hətta Aİ ilə daha münasib saziş üçün danışıqların qeyri-mümkünlüyü ortaya çıxsa belə, “Brexit” təyin olunmuş tarixdə həyata keçiriləcək: “Əlverişli sazişə gedən yol sazişsiz varianta hazırlıqdan keçir”.

Bundan bir neçə saat əvvəl ölkənin baş nazir Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyası sədrliyindən gedəcəyini açıqlamışdı.












loading...


Fikrinizi bildirin