ABŞ-ın üçüncü esminesi də Fars körfəzinə daxil olub – İran reaksiya verməyib

Dərc olunub: 24/05/2019 - 23:41

ABŞ-ın raket esminesi«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi-Dəniz Qüvvələrinə (HDQ) məxsus üçüncü raket esminesi (USS Mason – DDG-87) Hörmüz boğazından keçərək, Fars körfəzinə daxil olub.

Mayn 23-də, axşam saatrında «Operativ xətt» xəbər verib ki, İran Hərbi-Dəniz Qüvvələri (HDQ) və xüsusi təyinatlı gücləri tərəfindən heç bir təxribat qeydə alınmayıb.

Artıq xəbər verildiyi kimi, mayın 16-da ABŞ HDQ-nin iki raket esminesi (USS Gonzalez (DDG-66) i USS McFaul (DDG-74) uğurla Hörmüz boğazından keçib, heç bir maneə olmadan Fars körfəzinə girib. Bu esmineslərin hər biri 90 qanadlı raket (Tomaqavk) və digər sinifdən olan raket daşıya bilir.

Mayın 18-dən başlayaraq, ABŞ və Fars körfəzinin ərəb ölkələri bu dəniz hövzəsində təhlükəsizliyin təmin olknması məqsədilə, birgə «geniləndirilmiş patrul xidmətinə» başlayıblar.






loading...


Fikrinizi bildirin