Yaxın Şərqdə hərbi kontingenti gücləndirməyə ehtiyac yoxdur – Tramp

Dərc olunub: 25/05/2019 - 00:12

Tramp«AzPolitika.info»-nun xarici KİV-ə istiqadla veriyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp hesab edir ki, hazırda Yaxın Şərqdə əlavə ABŞ ordu hissələrinə ehtiyac yoxdur.

Bundan əvvəl, amerikalı KİV-i xəbər vermişdilər ki, Pentaqon İran tərəfdən ola biləcək potensial təhlükəni dəf etmək üçün 10 min amerikalı hərbçinin Yaxın Şərqə göndərilməsi barədə planı Ağ evə təqdim edib.
Bunula yanaşı, amerikalı lider qeyd edib ki, ehtiyac olarsa, bölgəyə ordu hissələri göndərməyə hazırdır.

«Mən, düşünmürəm ki, bu, bizə lazımdır. Bu məsələ üzrə bir saat əvvəl mənim görüşüm olub. Əgər bu, lazım olarsa, əlbəttə mən, ordu göndərəcəm» - deyə, prezident Ağ Evdə jurnalistlərə bildirib.

İran tərəfdən qaynaqlanan təhlükədən danışarkən, Tramp bu ölkəni «təhlükəli oyunçu» adlandırıb. O, vəd elib ki, «lazım olsa» bölgədə hərbi kontingenti güclərdirəcək. Prezident həm də qeyd edib ki ABŞ İranla «barışmaq» niyyətində deyil.






loading...


Fikrinizi bildirin