“Qalatasaray” mövsümə məğlubiyyətlə, “Beşiktaş” qələbə ilə yekun vurub

Dərc olunub: 25/05/2019 - 00:20

75ce84c57b62a1Türkiyə Super Liqasında mövsümün sonuncu turuna start verilib.

ONA-nın məlumatına görə, XXXIV turun ilk günündə 4 qarşılaşma keçirilib.

Gümüş mükafatçı “Başakşəhər” öz meydanında “Alanyaspor”la heç-heçə edib – 1:1. Digər üç qarşılaşma isə məhsuldar alınıb.

Çempion adını ötən tur qazanan “Qalatasaray” yeddi qolun vurulduğu görüşdə “Sivasspor”a uduzub – 3:4. Bürünc medal uğrunda mübarizə aparan “Beşiktaş”la “Trabzonspor” eyni – 3:2 hesablı qələbə qazanıb. Onlar müvafiq olaraq, “Kasimpaşa”yla ev, “Rizəspor”la səfər görüşlərində seviniblər. Nəticədə “qara qartallar” da mövqeyini qoruyaraq, mövsümü üçüncü yerdə bitiriblər.

Qeyd edək ki, Super Liqada sonuncu turun digər oyunları mayın 25-26-da keçiriləcək.

Türkiyə Super Liqası
XXXIV tur
24 may
“Başakşəhər” – “Alanyaspor” – 1:1
Ceylan, 6 (avtoqol) – Fernandes, 16
“Beşiktaş” – “Kasimpaşa” – 3:2
Yalçın, 10, 44, 45 – Hayratinoviç, 13, Kolta, 67
“Rizəspor” – “Trabzonspor” – 2:3
Boldin, 16, Muriqi, 65 – Rodalyeqa, 20, Melnyak, 24 (avtoqol), Omur, 43
“Sivasspor” – “Qalatasaray” – 4:3
Ribalka, 43, 77, Arslan, 45, Kone, 79 – Linness, 2, Çelik, 34, 82










loading...


Fikrinizi bildirin