Venesuela həbsxanasında baş vermiş qarşıdurmada azı 23 dustaq ölüb

Dərc olunub: 25/05/2019 - 01:37

755ce861f573fc4Venesuelanın şimal-qərbində yerləşən Portuqesa ştatının Akariqua şəhərindəki həbsxanada baş vermiş qarşıdurmada azı 23 məhbus ölüb.

ONA xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, həbsxanada vəziyyətin nizamlanması üçün milli polis qüvvələri cəlb olunub. Qarşıdurmanın səbəbləri hələlik açıqlanmır.

Nəşr bildirir ki, 23 nəfərin hamısı güllə yarasından ölüb. Həmçinin azı penitensiar xidmətin 14 əməkdaşı xəsarət alıb.








loading...


Fikrinizi bildirin