Azərbaycanın maliyyə bazarı iştirakçıları kollektiv saziş imzalayacaq

Mayın 27-də Bakıda “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbir keçiriləcək.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, tədbir Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan xarici investorların yerli bazarda iştirakı üzrə çıxış imkanının artırılması, qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların sürətləndirilməsi üzrə işlərin icrası çərçivəsində baş tutacaq.

Tədbirdə Palatanın dünyanın aparıcı banklarından biri olan “Raiffeisen Bank International”la Anlaşma Memorandumu imzalaması nəzərdə tutulur.

Bundan başqa, tədbirdə qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bankların klirinq təşkilatının üzvü qismində iştirakı və beləliklə də hesablaşma agenti modelinin tətbiqi üzrə Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, agent bank qismində çıxış edəcək banklar və investisiya şirkətləri arasında kollektiv sazişin imzalanması nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar