“ABŞ bizi dilənçi vəziyyətində saxlamaq istəyir...” - Prezidentin müşaviri

Moldova Respublikası (MR) prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri Sergey Mişin hesab edir ki, respublikanın bəzi qərbli həmkarları öz geopolitik maraqlarından çıxış edərək, onun inkişafına mane olurlar.

Mişinin sözlərinə görə, ABŞ Moldovanı və necə deyərlər, digər inkişaf etməkdə olan ölkələri dilənçi səviyyəsində saxlamağı və Rusiya ilə qarşılıqlı-faydalı münasibətlər qurmağına maneələr yaratmağı qarşısına məqsəd qoyub.

«ABŞ-ın bizə yönəlik münasibətində bu tendensiya gedir - imperializm! İmperializmin mahiyyəti nədir? - kasıb ölkələr tapmaq, onları öz müstəmləksinə çevirmək və xarici idarəçiliyini müəyyən etmək. Ən başlıca məsələ isə həmin ölkəni dilənçi vəziyyətində saxlamaqdan ibarətdir. Ona görə ki, dövlətin əhalisi dilənçi səviyyəsində olursa, həmişə o, sənin ağzına baxmağa məcbur olur. Belə ölkə, ümumiyyətlə, heç bir təhlükə törətmir» - deyə, müşavir bəyan edib.

Siyasətçinin fikrincə, məhz dövlət başçısı İqor Dodon bu hibrid təcavüzə qarşı dayanır, Rusiya ilə qarşılıqlı-faydalı münasibətlər qurur və Moldovanın bütün vətəndaşlarının maraqları naminə düşünülmüş xarici siyasət yeridir.

AzPolitika.info

635x100

Şərhlər

Türk 2019-05-25 10:16:17

ABŞ-ın başlıca məqsədi ölkələri kölə vəziyyətinə salıb,idarə etməkdir.

Son yazılar