Sabahın hava proqnozu açıqlanıb

Dərc olunub: 25/05/2019 - 13:04

yagishli_hava_sulu_qar_00Mayın 26-na gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.












loading...


Fikrinizi bildirin