Qırğız Respublikasının sabiq prezidenti partiya sədri vəzifəsindən gedib

Sabiq prezident Almazbek Atambayev Qırğız Sosial Demokrat Partiyasının (SDPK) sədri vəzifəsindən istefa verib."Report" xəbər verir ki, bu barədə TASS-a SDPK nümayəndəsi Kunduz Joldubayeva bildirib.

Partiya nümayəndəsinin sözlərinə görə, A.Atambayev ölkədə sabiq dövlət başçılarına dövlət və ya siyasi vəzifələr tutmağı qadağan edən "Prezidentin fəaliyyətinin təminatları haqqında" yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar partiya sədri vəzifəsindən gedib. Əks təqdirdə onlar toxunulmazlıqdan məhrum olacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar