Tramp Yaponiyaya rəsmi səfərə gəlib - Baş nazir və imperatorla görüşəcək

Dərc olunub: 25/05/2019 - 14:40

1508260170_0-83-3500-2069_600x0_80_0_0_94e8c4fed45dafd0c5de6f814201c3e3Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp şənbə günü Yaponiyaya rəsmi dövlət səfərinə gəlib. Səfər mayın 28-ə qədər davam edəcək. Trampın sfərini işıqlandırmaq üçün yaradılmış jurnalistlər qrpunun məlumatında bildirilir ki, ABŞ liderinin təyyarəsi Tokionun Xaneda aeroportuna enib.

Bu, 1992-ci ildən üzübəri, ABŞ prezidentinin Yaponiyaya ən uzun səfəridir. Şənbə gününə Trampın biznes nüiayəndələri ilə görüşü poanlaşdırılıb. Bundan başqa, mayın 26-da Tramp Baş nazir Abe ilə qolf oynayacaq, həmin günün axşamı isə onlar birlikdə imperator kuboku üzrə sumo turnirinə baxacaqlar.
ABŞ prezidentinin səfərinin əsas hissəsi mayın 27-də başlanacaq. Səfərin bu hissəsi Yanoiyanın Baş naziri Sindzo Abe və mayın 1-də taxta çıxmış imperator Qaruxito ilə görüşləri nəzərdə tutur.

Səfərin sonuncu günü ABŞ prezidenti Yaponiya özünümüdafiə Qüvvələrinin vertolyotdaşıyıcısı «Kaqa»nın göyərtəsinə qalxacaq. «Kaqa» Tokio körfəzindəki Yokosuka bazasında yerləşib. Yaxın vaxtlarda bu gəminin yüngül aviadaşıyıcıya çevriləcəyini planlaşdırırlar.

Səfər zamanı Trampın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 25 minə yaxın yapon polisi səfərbər edilib.

AzPolitika.info








loading...


Fikrinizi bildirin