Polad Bülbüloğlundan Araz Əlizadəyə sərt cavab - “Deputat olan biri belə savadsız..."

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deputat Araz Əlizadənin növbəti  boş iddialarına cavab verib.

P.Bülbüloğlu Unikal.org-a açıqlamasında jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirak etdiyi haqda mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: “Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları bununla bağlı mənə müraciət etməyib. Fuad Abbasov və digərlərinin Rusiyada yayımlanan tok-şoularda iştirak üçün təqdim etmək səfirliyin səlahiyyətində deyil".

Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: “Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

P. Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: “Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok –şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparir".

635x100

Şərhlər

Hasanbala 2019-05-25 20:03:11

Bir məsələ mənə qaranlıqdır. axı parlamentin intizam komissiyası var. Necə ola bilir ki, deputat televiziyaya çıxıb yuxusunu danışır.Dünyanın hər yerində millətlərin haqqında danışarkən qırmızı şkalası var. O sərhəddi keçəni həbs edirlər. Kelli miqdarda cərimə edirlər. Araz Əlizadə tariximizi təhqir edir, böhtanlar püskürür, Vətən fədailərinin müqəddəs ruhunu təhqir edir. Sonra heç bir şey olmamış kimi gedir oturur parlamentdə. Bizim deputatımız tarixdən xəbəri olmadığını əsassız tezislərində aydın göstərir

Emil 2019-05-25 20:03:11

Polad hazircavabdir .

Əski Qarabağlı 2019-05-25 20:03:11

Araz siyasətinin öncəsi və sonu məğzi də Kremllə Bakı arasında baş araçı cəhdi kimi qabarıb. Azərbaycanı bu gün məğlub və müflis edən də elə hansısa xaricə, xüsusən Şimala və Qərbə güvənclərin acı nəticələrdir"!? "Müstəqil" tariximizin ən müstəbid və ziyankar təzahürü.

Cəmşid Dərələyəzli 2019-05-25 20:03:11

Bur söz var hamısı bir soydan. İndi Səfiri də "deputatı"da nə yazıq ki, bir komandanın üzvüləridir. Sadəcə olaraq götürəndə bu zəkanın sahibi olan məmurların bu hərəkəti və "söz" döyüşdürmələri Cənab Prezidentin bunca görmüş olduğu işlərə kölgə düşürməkdən başqa bir şey deyildir.Belələrinə demək lazımdır ki, kəndinizə gəlin. Siz sıradan bir vətəndaş yox, dövlət adından danışan görəv sahiblərisiniz. Nə yazıq ki!

fikrət 2019-05-25 20:03:11

polad bununlada canini qutardi buna cox söz yazardim amma yazmiram polad bıl bıl bıl bıl sən pensiyaya cix vaxtindi səfirlik pensiyanerlər evi deyil

Mehdi 2019-05-25 20:03:11

arazin normal aqil yiyesi olduquna artiq hec kim inanmir.Goresen bunun hec bir yiyesi yoxdurki bunu aparib bir iki kurs mualice eletdirsinler.Hercendi sey adamlarin mualicesi yoxdu.

kamil 2019-05-25 20:03:11

Polad Bulbuloqlu bu seviyyesiz mexluqun cavabini verdi.araz deputatlir, her birimizin huququnu qorumaq onun borcudur,xirdaca bir tulkumecaz.

t.ədalət 2019-05-25 20:03:11

Araz Əlizadənin deputat seçilməsi hakimiyyətin zəifliyi idi.Təpədən-dırnağa anti-türk olan birisinin parlamentə gətirilməsi,əlbəttə ,Rusiyanın planı idi.Basqınla Azərbaycanı işğal etməyin mümkün olmadığını hiss edən Rusiya, Araz kimi deputatların səsi ilə ölkəmizi "dinc yolla" ələ keçirmək istəyir.Bu istək nəticəsində parlamentə hələ çox Araz kimilər gətiriləcək..

miri 2019-05-25 20:03:11

Bu "Мраз" O.Benderin son kəşflərindən biridir . Allah sonrasında saxlasın.

Mirzə AĞ 2019-05-25 20:03:11

Ümumiyyətlə, birdəfəlik aydılaşdırmaq lazımdır: bu "Мразь"ы kərtənkələ ölüsü kimi ortalığa kim atıb?!

Son yazılar