Güclü külək Şimal bölgəsində dağıntılar törədib – FOTO

Dərc olunub: 25/05/2019 - 21:14

1196180Quba və Qusar rayonlarında güclü gülək fəsadlar yaradıb.

“Report” Şimal bürosunun məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq Şimal bölgəsində güclü külək əsməyə başlayıb.

Quba və Qusar rayonlarında bir neçə saat davam edən gülək dağıntılar törədib. Qubada avtomobilin üzərinə irigövdəli ağac aşıb.

Quba-Xaçmaz yolunda ağacların budaqları yolun bəzi hissələrinə tökülüb. Dövlət Yol Polisi və müvafiq idarələr yolun təmizlənməsi işləri ilə məşğuldur. Quba şəhər 1 saylı orta məktəbin divarının üstünə irigövdəli ağac aşıb.

Qusar rayonunda isə məktəbin damını külək yerə atıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq xeyli ziyan vurub. Hər iki rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayonlara verilən elektrik enerjisində fasilələr yaranıb.

1196184

Yaranmış vəziyyətlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları damı uçan məktəbin yerləşdiyi əraziyə gedib.

Dəymiş ziyanla bağlı Quba və Qusar rayon icra hakimiyyətinin Fövqaladə hallar komissiyası tərəfindən araşdırma aparılır.

Qusarda külək, qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar yolu bağlanıb. Qusarın mərkızi küçələrində olan iri gövdəli ağaclar yıxılıb.

Eyni zamanda Qusar Xudat yolu bağlanıb, hazırda hadisə yerində texnika işləyir.










loading...


Fikrinizi bildirin