S-400 sistemi Hindistanın nəyinə lazımdır?  - Çinin hava məkanına nüfuz etmək...

Hindistan hakimiyyəti S-400 sistemlərini ona görə almaq qərarına gəlib ki, belə sistemlər Çinin silahlanmasında da var. Bu barədə «Moneycontrol» portalı yazıb.

Nəşrin məlumatına görə, Hindistan Rusiya istehsalı olan S-400 sistemlərini müdafiə məqsədləri üçün yox, onların taktika-texniki xüsusiyyətlərini öyrənmək üçün almaq qərarına gəlib.

Bu ölkə həm də özünün «Rafale» qırıcılarını sınaqdan keçirməyi planlayır, xüsusilə də onların Çinin hava məkanına nüfuz etmək qabiliyyətini öyrənmək niyyətindədir. Məsələ burasındadır ki, yaxın zamanda Çinin hava məkanını məhz S-400 sistemləri qorunacaq.

Budan başqa, qeyd olunur ki, Nyu-Dehlinin Rusiya ilə birgə Su-57 təyyarələrinin bazası əsasında yeni təyyarələr yaratmaq planından imtina etməsi «Rusiya hərbi sənayesinin büdcəsinə ciddi zərbə vurub».

Hindistanla 5 milyard dollardan artıq qiymətə S-400 sistemlərinin tədarükü barədə kontrakt 2018-ci ilin oktyabrında imzalanıb. Hindistan bu sistemlərin 5 alay kompleksini alacaq. Müqaviləyə əsasən, onlardan birincisi ölkəyə 2020-ci ilin payızında gətirilməlidir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar