Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək

İspaniyanın “Sevilya” futbol klubunun əfsanəsi, şəhərin müsəlman icmasının üzvü Frederik Kanute sayəsində Sevilya şəhərində 700 il ərzində ilk məscid inşa olunacaq. Məscidin tikintisi üçün gərəkli olan 300 min avro vəsait keçmiş oyunçunun təşəbbüskarlığı ilə toplanıb.

F.Kanute hələ klubun oyunçusu olanda şəhərdə müsəlmanların müvəqqəti ibadət yerinin xilas edilməsinə təqribən 600 min avro ianə edib.

Sevilyada ilk məscidin tikintisi layihəsində Benjamen Mendi (Mançester Siti) və Abdulaye Dukur (Uotford) kimi futbolçular da iştirak edir. (AzərTAc)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar