Bakıda evdə qaz balonu partlayıb, qadın xəsarət alıb

Bakının Abşeron rayonunun Məhəmmədi kəndindəki evlərdən birində qaz balonu partlayıb."Report" xəbər verir ki, Məhəmməd Füzuli küçəsi, ev 14-də baş verən hadisə nəticəsində 1952-ci il təvəllüdlü Salmanova Sitarə Sarı qızı xəsarət alıb.

Yaralı bədənin 1 və 2-ci dərəcəli kimyəvi yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar