"Belə olarsa, Koreya-ABŞ dialoqu əsla davam etdirilməyəcək" - Pxenyan 

Vaşinqton yeni bir yanaşma qəbul etməsə, Şimali Koreya nüvə müzakirələrinə davam etməyəcək.Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi “KCNA” agentliyi məlumat yayıb.

Açıqlamada Vyetnamın paytaxtı Hanoy şəhərində təşkil edilən son görüşün nəticəsiz qalmasından ABŞ məsul tutulub: “Şimali Koreya-ABŞ dialoqu əsla davam etdirilməyəcək və buna bağlı olaraq nüvə məsələsinin həlli ehtimalı daha ümidsiz olacaq. Şimali Koreyaya qarşı düşmən münasibəti və inamsızlıq artdıqca buna reaksiya da o qədər sərtləşəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar