“Bavariya” Almaniya Kubokunu da qazanaraq “qızıl dubl” edib

Dərc olunub: 26/05/2019 - 00:59

c24e496c-69a8-4ab4-b5e9-d2d680a854daAlmaniya Kubokunda “Bavariya” və “Leyptsiq” komandaları arasında final oyunu keçirilib.

“Report”un məlumatına görə, Berlindəki “Olimpiaştadion”da təşkil olunmuş qarşılaşma Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.

Bununla da “Bavariya” tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış “Leyptsiq” isə ilk finalında darmadağın olub.












loading...


Fikrinizi bildirin