Türkiyədə işçiləri daşıyan avtobus aşıb - 11 yaralı var

Türkiyənin Bursa şəhərində işçiləri daşıyan avtobus aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, avtobusun aşması nəticəsində sürücü də daxil olmaqla 11 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar